Bayden: “Putinə Ukraynaya hücumun baha başa gələcəyini söylədim”

Bayden: “Putinə Ukraynaya hücumun baha başa gələcəyini söylədim”

Hazırda oxunan: Bayden: “Putinə Ukraynaya hücumun baha başa gələcəyini söylədim”

53498

2021-ci ilin son günündə jurnalistlərlə görüşən ABŞ prezidenti Co Bayden cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə etdiyi telefon danışığından söz açıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ağ Evin Mətbuat xidməti yayıb.

“Mən Putinə açıq şəkildə bildirdim ki, o, yeni addımlar atıb Ukraynaya daxil olarsa, bizim tərəfimizdən ciddi sanksiyalar tətbiq olunacaq. NATO müttəfiqlərimizlə birlikdə Avropada mövcudluğumuzu artıracağıq və bu, Moskvaya baha başa gələcək”, - deyə Bayden qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO