Rusiya XİN ABŞ-ın Rusiyadakı səfirliyinə nota verdi

Rusiya XİN ABŞ-ın Rusiyadakı səfirliyinə nota verdi

Hazırda oxunan: Rusiya XİN ABŞ-ın Rusiyadakı səfirliyinə nota verdi

49735

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və NATO-ya məxsus hərbi təyyarə və gəmilərin Rusiya sərhədləri yaxınlığında manevrləri ilə bağlı bu ölkənin Rusiyadakı səfirliyinə etiraz notası təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova bildirib.

“Sərhədlərimizin təhlükəsizlik sisteminin gücünü yoxlamaq cəhdlərindən başlayaraq Amerika hərbçiləri və onların NATO müttəfiqləri mülki aviasiyaya qarşı təxribatlara əl atıblar. Bu təxribatçı hərəkətlərlə əlaqədar dekabrın 8-də ABŞ-ın Moskvadakı səfirliyinə bu cür ehtiyatsızlığın təhlükəli nəticələri barədə xəbərdarlıq edən etiraz notası təqdim edilib”, - deyə M.Zaxarova bildirib. (TASS)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO