Ağ Ev prezidentlərin görüşü ilə bağlı açıqlama yaydı - NƏLƏR MÜZAKİRƏ EDİLİB?

Hazırda oxunan: Ağ Ev prezidentlərin görüşü ilə bağlı açıqlama yaydı - NƏLƏR MÜZAKİRƏ EDİLİB?

0:00
0:00
49567

Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Co Bayden arasında vidoformatda baş tutan görüşlə bağlı Ağ Ev rəsmi açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin rəsmi saytında məlumat verilib.

"Prezident Cozef R. Bayden bu gün Rusiya prezidenti Vladimir Putinlə ABŞ-Rusiya gündəliyindəki bir sıra məsələləri müzakirə etmək üçün təhlükəsiz videokonfrans keçirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden Putinə xəbərdarlıq etdi: "Cavab verəcəyik..."


Prezident Bayden ABŞ-ın və avropalı müttəfiqlərimizin Rusiyanın Ukrayna sərhədlərində qüvvələri artırmasından dərin narahatlığını ifadə edib və açıq şəkildə bildirib ki, ABŞ və müttəfiqlərimiz hərbi eskalasiya baş verəcəyi halda güclü iqtisadi və digər tədbirlərlə buna cavab verəcək.

Prezident Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib və Rusiyanı gərginliyi azaltmağa və diplomatiyaya qayıtmağa çağırıb.

İki prezident öz komandalarına prosesi yaxından izləməyi tapşırıblar. ABŞ bu istiqamətdə addımlarını müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiya edəcək.

Prezidentlər həmçinin Strateji Sabitliklə bağlı ABŞ-Rusiya dialoqunu, eləcə də regional məsələlərdə əməkdaşlığı müzakirə ediblər", deyə Ağ Evin açıqlamasında bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO