Xəbər verdiyimiz kimi, bu gün Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Co Bayden arasında vidoformatda görüş keçirilib.
Bizim.Media xəbər verir ki, 2 saata yaxın davam edən görüşün bəzi detalları məlum olub. Belə ki, ABŞ Prezidenti Ukrayna ilə bağlı V.Putinə xəbərdarlıq edib.
MÖVZU İLƏ BAĞLI:
Putin və Bayden arasında 2 saatlıq gərgin müzakirə - YENİLƏNİB - VİDEO
Bayden bildirib ki, ABŞ və Avropadakı müttəfiqləri Rusiya hərbi qüvvələrinin Ukrayna ilə sərhəddə toplanmasından narahatdırlar.
O, hərbi eskalasiyaya iqtisadi və digər tədbirlərlə cavab verəcəklərini açıqlayıb.
Bayden rusiyalı həmkarını Ukrayna ətrafında gərginliyi azaltmağa və diplomatiyaya qayıtmağa çağırıb.
Qeyd edək ki, bu barədə Ağ Evdən bildirilib.
Bizim.Media