Telman İsmayılovun oğlunun İsraildəki evlərinə həbs qoyuldu - DETALLAR

Hazırda oxunan: Telman İsmayılovun oğlunun İsraildəki evlərinə həbs qoyuldu - DETALLAR

49480

Çerkizovski bazarının keçmiş sahibi, Rusiyanın Monteneqrodan ekstradisiyasını tələb edən azərbaycanlı iş adamı Telman İsmayılovun ailəsinin İsrailin Tel-Əviv şəhərində iki evi həbs edilib. Daşınmaz əmlak 3 milyon dollar dəyərində qiymətləndirilir.

Bizim.Media “Kommersant” qəzetinə istinadən xəbər verir ki, bu haqda qərarı Təl-Əviv məhkəməsi BM-Bank-ın (VTB-yə daxildir) iddiası əsasında çıxarıb.

İsmayılovun özü Monteneqroda olduğundan bütün rəsmiyyətlərə əməl etmək bir qədər vaxt aparıb. İsrail və Monteneqro arasında sənədlər toplanarkən, valideynlər mülkü oğulları Ələkbər İsmayılovun adına keçiriblər.

Lakin BM-Bank məhkəmə yolu ilə bu əmlaka həbs qətimkan tədbiri seçib. İndi İsmayılovun oğlu ilə bağlı proses davam etdiriləcək.

İsmayılovlar ailəsinin vəkili Marina Rusakova RBK telekanalına mövzu ilə bağlı bunları deyib:

“Məndə Telman İsmayılovun oğlunun iki evinin Təl-Əvivdə həbsi ilə bağlı məlumat yoxdur”.

Xatırladaq ki, Rusiyada Telman İsmayılov 2017-ci ildə “Stroy Market” ticarət mərkəzlərinin sahibi Vladimir Savkinin və “Lyublino-Motors” şirkətinin təsisçisi Yuri Brılevin qətli ilə bağlı açılan cinayət işi üzrə qiyabi həbs edilərək beynəlxalq axtarışa verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO