ŞOYQUNUN GİZLİ PLANI – Ruslar ABŞ-ın pafosuna lətifə ilə cavab verdi - FOTO

Hazırda oxunan: ŞOYQUNUN GİZLİ PLANI – Ruslar ABŞ-ın pafosuna lətifə ilə cavab verdi - FOTO

49128

“Rusiyanın Ukraynanın işğalı ilə bağlı ABŞ-ın yaydığı planlar nə qədər çox dərc edilsə, o, bizim tərəfimizdə bir o qədər gülməli görsənir. Belə ki, ruslar ŞTATLARIN  növbəti pafosuna lətifə ilə cavab verib. Ancaq bildiyiniz kimi, hər zarafatda bir həqiqət var”.

Bizim.Media xəbər verir ki, bu fikirlər “tsargrad.tv” nəşrində yer alıb.

Mənbə qeyd edir ki, Rusiya ilə Ukrayna arasında müharibənin ssenarisini ABŞ yazır. Üstəlik, qiyabi olaraq. Əslində, bu, reallıqla heç bir əlaqəsi olmayan mənbələrin ifşaları vasitəsilə həyata keçirilir. 

“Washington Post”un jurnalistləri də bu versiyalar sırasına qoşulub. Onlar əmindirlər ki, bu haqda Amerika kəşfiyyatındakı bəzi mənbələrlə danışıblar və Moskva ilin əvvəlində Ukraynaya qarşı hücuma keçəcək.

Bild ümumiyyətlə bir xəritə çəkib və isterikanı daha da qızışdırıb. Üstəlik, alman müəlliflər Rusiya Müdafiə Nazirliyindəki bəzi mənbələrin sirrinin onlara verildiyini təkid edirlər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın mövqeyini təkrarlayıb və “Moskva heç bir hücuma hazırlaşmır” sözlərini deyib. Ancaq ABŞ-ın fikrincə, Rusiya prezident Vladimir Putinin dediyi kimi, “qırmızı xətti” aşa bilər: “

Ona görə də açıqlamalarınızda diqqətli olun”.

ABŞ-ın monoton metodologiyasından yorulan ruslar açıq-aydın lətifələr yazmağa davam edirlər. Bəziləri real görünür, amma yenə də çox gülməli səslənir. Məsələn, Şoyqu və Lavrovun şəxsən Bellingcat və The Insider-ə təhvil verdiyi gizli planı budur:

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO