Türkiyə Silahlı Qüvvələri 5 terrorçunu məhv edib - FOTOFAKT

Hazırda oxunan: Türkiyə Silahlı Qüvvələri 5 terrorçunu məhv edib - FOTOFAKT

49085

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatı həyata keçirən birlikləri növbəti dəfə PKK/YPG terrorçularının hücumuna məruz qalıb.

Bizim.Media Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görülən tədbirlər nəticəsində 5 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələri ölkə daxilində, sərhədlərdə, eləcə də İraq və Suriya ərazisində antiterror əməliyyatlarını sistemli şəkildə davam etdirir.

Bu çərçivədə Daxili İşlər Nazirliyi tərəfindən PKK-ya qarşı yeni başlanılan “Eren Qış-11” antiterror əməliyyatı Diyarbəkir və Muş bölgələrini əhatə edir. Əməliyyata 1300 nəfərlik şəxsi heyət cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO