İsveçdə ilk dəfə transseksual qadın nazir olacaq

Hazırda oxunan: İsveçdə ilk dəfə transseksual qadın nazir olacaq

48391

Transseksual qadın Lina Axelsson Kilblom İsveçin yeni hökumətində ali təhsil və elm naziri təyin edilib. Bu, ölkə tarixində ilk belə haldır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İsveçin “Nordic News”nəşri yayıb.

Bazar ertəsi Riksdaq (İsveçin birpalatalı parlamenti) ikinci dəfə İsveç Sosial Demokrat İşçi Partiyasının lideri Maqdalena Anderssonu baş nazir seçib. O, İsveçdə bu vəzifəni tutan ilk qadın olub.
 

MÖVZU İLƏ BAĞLI:

Transseksual qadın ilk dəfə Almaniya Bundestaqına girəcək


Andersson çərşənbə axşamı yeni hökumətin tərkibini açıqlayıb. KİV-in məlumatına görə, ilk dəfə olaraq transseksual nazir postuna təyin edilib. Ali təhsil və elm naziri vəzifəsi Lina Akselson Kilbloma verilib. Onun 51 yaşı var və 1990-cı illərin sonunda cinsiyyətinin dəyişdirilməsi əməliyyatı keçirib.

Xarici işlər naziri Ann Linde və müdafiə naziri Peter Hultkvist kimi bəzi nazirlərin öz postlarını qoruyub saxladıqları bildirilir. Hans Dalqren Aİ naziri olaraq qalacaq.

Əvvəllər Andersson özü Maliyyə Nazirliyinə rəhbərlik edirdisə, indi bu vəzifəni hazırkı daxili işlər naziri Mikael Damberq tutacaq. Onu Morqan Yohansson əvəz edəcək, o, eyni zamanda Ədliyyə Nazirliyinə də rəhbərlik edəcək.

Andersson keçən həftə baş nazir seçilsə də, bir neçə saat sonra istefa verib. Anderssonun seçilməsindən sonra İsveç hökumətinin büdcə layihəsi səs çoxluğu qazana bilməyib, deputatların əksəriyyəti müxalifətin təklif etdiyi layihəni dəstəkləyib.

O vaxtdan etibarən Ətraf Mühit Partiyası azlıq hökumətini təşkil edən koalisiyadan çıxdığını elan edib. Andersson istefa məktubunu parlamentin spikerinə təqdim edib.
 

Noyabrın əvvəlində Stefan Leuven İsveçin baş naziri vəzifəsindən istefa verib. O, 2012-ci ildə Sosial Demokrat Partiyasına rəhbərlik edib və 2014 və 2018-ci illərdə keçirilən iki seçkidə qələbə qazanıb.


Son zamanlar isə partiyanın mövqeyi sarsılıb və bu, rəy sorğularının nəticələrində də özünü göstərir. Leuven avqust ayında demişdi ki, 2022-ci ildə keçiriləcək seçkilər öncəsi partiyaya yeni lider lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO