“İsraillə münasibətləri normallaşdırmağa hazırıq” – Türkiyə prezidenti

Hazırda oxunan: “İsraillə münasibətləri normallaşdırmağa hazırıq” – Türkiyə prezidenti

48213

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkiyəli jurnalistlərə bildirib ki, Ankara Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi Misir və İsraillə əlaqələri normallaşdırmaq üçün addımlar atmağa hazırdır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Anadolu” agentliyində yer alıb.

Türkiyə prezidenti bildirib ki, fevralda BƏƏ-yə səfəri edəcək:

“Səfər zamanı mənimlə böyük nümayəndə heyəti gedəcək. Bir sıra mühüm qərarların qəbulu planlaşdırılır”.

Türkiyə lideri xatırladıb ki, BƏƏ səlahiyyətliləri Türkiyə iqtisadiyyatına 10 milyard dollarlıq investisiya planı təqdim ediblər:

“Bu planı həyata keçirməklə biz münasibətlərdə yeni səhifə açacağıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO