İsveçrədə COVID pasportları ilə bağlı referendum keçirildi – DÜNYADA İLK

Hazırda oxunan: İsveçrədə COVID pasportları ilə bağlı referendum keçirildi – DÜNYADA İLK

0:00
0:00
48157

İsveçrədə dünyada ilk dəfə COVID pasportları ilə bağlı referendum keçirilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Al-Jazeera” telekanalı yayıb.

Mənbə yazır ki, İsveçrədə COVID sertifikatların taleyinə referendum yoluyla aydınlıq gətirilib.

Belə ki, sənədin əleyhdarlarının təşəbbüsü ilə keçirilən referendum “Koronavirus pandemiyası ilə mübarizə haqqında” qanuna edilən dəyişikliklərə vətəndaşların münasibətini müəyyənləşdirib. 

Səsvermədə iştirak edənlərin 62%-i məhdudiyyətlərin lehinə səs veriblər. Qeyd edək ki, İsveçrə analoji referendumun keçirildiyi ilk ölkədir. 

Sözügedən qanuna dəyişikliklər hələ 2021-ci il martın 19-dan qüvvəyə minib. Sentyabrın 13-dən isə ölkədə restoranlara, kinoteatrlara, hovuzlara, fitnes mərkəzlərinə, idman salonlarına giriş üçün QR-kod tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO