Daha bir ölkədə "omikron" ştamına yoluxma aşkarlandı

Hazırda oxunan: Daha bir ölkədə "omikron" ştamına yoluxma aşkarlandı

48020

İtaliyada koronavirusun "omikron" ştamına ilk yoluxma halı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Ali Səhiyyə İnstitutu məlumat yayıb.

Milan xəstəxanasının mütəxəssisləri Mozambikdən gələn şəxsdə bu ştamın genomunu müəyyən ediblər.

Xəstə və onunla təmasda olan şəxslər özlərini yaxşı hiss etdiyi bildirilir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni koronavirus ştamını “Omikron” adlandırıb. Qurum Afrikada aşkar edilən koronavirus ştamını "narahat doğuran variantlar" qrupuna daxil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO