ABŞ-dan İrana xəbərdarlıq: “Bizimlə əməkdaşlıq etməsəniz...”

Hazırda oxunan: ABŞ-dan İrana xəbərdarlıq: “Bizimlə əməkdaşlıq etməsəniz...”

0:00
0:00
47774

"İranın Beynəlxalq Ajansla əməkdaşlıq etməməsi problemi öz həllini tapmasa, Ajansın İdarə Heyəti cari miladi ili bitmədən məsələ ilə bağlı təcili iclas keçirəcək".

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bunu Amerikanın Atom Enerjisi üzrə Beynəlxalq Ajansın İdarə Heyəti Şurasındakı nümayəndəsi noyabrın 25-dəki çıxışında deyib.

O, habelə əlavə edib ki, İdarə Heyətinin məlum problemi həll etmək üçün bu ilin sonunadək təcili və fövqəladə iclas keçirməkdən başqa çıxış yolu yoxdur.

Amerika sözügedən bəyanatda qeyd edib ki, Amerika Birləşmiş Ştatları İranın təhlükəsizlik gücləri tərəfindən Beynəlxalq Ajansın müfəttişlərini həddindən artıq aqressiv şəkildə fiziki yoxlamalara məruz qoymasından narahatdır və onları müfəttişlərin hədələnməsinə və İranı qanunsuz hərəkətlərinə son qoymağa çağırıb.

Avropa Birliyi də sözügedən bəyanatda İranı yubanmadan və heç bir şərt irəli sürmədən Atom Enerjisi üzrə Beynəlxalq Ajans ilə tam əməkdaşlıq etməyə çağırıb.

Avropa Birliyi, habelə İran rəsmilərinin MAQATE müfəttişlərinə qarşı hədə-qorxu hərəkətlərini qəbuledilməz adlandıraraq təcili çarə tapılmasını tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO