Zaxarovadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Zaxarovadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı AÇIQLAMA

47659

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin başlanması regionda vəziyyətin yaxşılaşmasına kömək edəcək. Rusiya bununla bağlı tərəflərə yardım etməyə hazırdır".

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın İrəvan və Ankara arasında təmaslarda vasitəçilik üçün müraciət etdiyini təsdiqləyib. 

“Moskva bunda maraqlıdır, ölkələr arasında münasibətlərin normallaşması üçün səy göstərib və dialoqu bundan sonra da təşviq etmək fikrindədir”, deyə o, qeyd edib.

Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bu, mehriban qonşuluq və etimad mühitinin formalaşmasına töhfə verərdi:

“Proses ərəfəsində müzakirə edilən məsələlər haqda mütəmadi informasiya verilməldir. Ancaq elə etmək lazımdır ki, bu, tərəflər arasındakı əlaqəni pozmasın”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO