Səhvən operatoru öldürən Alek Bolduindən İLK AÇIQLAMA – Hadisə necə baş verib?

Səhvən operatoru öldürən Alek Bolduindən İLK AÇIQLAMA – Hadisə necə baş verib?

Hazırda oxunan: Səhvən operatoru öldürən Alek Bolduindən İLK AÇIQLAMA – Hadisə necə baş verib?

44030

Amerikalı aktyor Alek Bolduin “Pas” (Rust) filminin çəkilişi zamanı onun tərəfindən açılan atəş nəticəsində ölən kinooperator Qalina Xatçins barədə ilk dəfə açıqlama verib.

Bizim.Media xəbər verir ki, A. Bolduin Vermont ştatında onu izləyən paparassiyə bunun trilyonda bir rast gəlinən bir bədbəxt hadisə olduğunu bildirib.

“Son 75 ildə çoxlu sayda filmlər və teleşoular çəkilib. Bu filmlərdə və teleşoularda nə qədər güllə atılıb? Praktiki olaraq hər hansı hadisə baş verməyib.
 

Qalina Xatçins mənim dostum idi. Həmin gün filmin çəkilişindən əvvəl Qalina Xatçinsi rejissorumuz Coel Souzla birgə yeməyə dəvət etmişdim. Bizim çox yaxşı komandamız var idi, birgə film çəkirdik, bu dəhşətli hadisə baş verdi ”, - deyə aktyor bildirib.


Qeyd edək ki, oktyabrın 22-də “Pas” (Rust) filminin çəkilişi zamanı A. Bolduin ona verilən tapançadan atəş açıb. Nəticədə filmin kinooperatoru Qalina Xatçins ölüb, rejissor C. Souz yaralanıb.

A.Bolduinə ittiham irəli sürməyib. Hazırda tapançaya döyüş gülləsinin necə qoyulduğu araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO