Donbasda MÜHARİBƏ başladı: Ukrayna bir kəndi geri qaytardı - VİDEO

Hazırda oxunan: Donbasda MÜHARİBƏ başladı: Ukrayna bir kəndi geri qaytardı - VİDEO

43523

Separatçı “Donetsk Xalq Respublikası”nın rəhbəri Denis Puşilin “Rossiya 24” telekanalının efirində bildirib ki, Ukrayna demarkasiya xəttinin cənubunda, “boz zona”da yerləşən Staromaryevka kəndi üzərində nəzarəti bərpa edib.

Bizim.Media “dan-news.info” saytına istinadən xəbər verir ki, Staromaryevkanın ələ keçirilməsi informasiyasını “DXR”in Minsk danışıqlarındakı səlahiyyətli naziri, “respublika”nın xarici işlər naziri Natalya Nikonorova da təsdiqləyib.

Ukrayna Birləşmiş Qüvvələri əməliyyatının qərargahı isə ölkə silahlı qüvvələrinin bu kəndə nəzarəti ələ keçirməsi barədə məlumatları təkzib edib.

Qeyd edək ki, bir gün əvvəl təmas xəttində vəziyyət daha da pisləşib. Oktyabrın 26-da səhərdən axşama kimi Ukrayna qoşunları ilə separatçılar arasında şiddətli döyüşlər gedib.

Separatçı rejim Kiyevi artilleriya, minaatan, piyada döyüş maşınları və qumbaraatanlardan istifadə etməkdə ittiham edib.

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO