“Avropanın ən yaxşı hava limanı” o seçildi

Hazırda oxunan: “Avropanın ən yaxşı hava limanı” o seçildi

43493

Türkiyənin İstanbul Hava Limanı Beynəlxalq Hava Limanları Şurasının (ACI) ev sahibliyi etdiyi 17-ci “ACI Europe Awards” tədbirində “Avropanın ən yaxşı hava limanı” və “Əlçatan hava limanı” mükafatlarını qazanıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Anadolu agentliyi yayıb.

İstanbul Hava Limanının operatoru İGA-nın bəyanatına görə, Türkiyənin hava limanı meqapolisində müşahidə edilən koronavirusun yayılmasına qarşı tədbirlər yüksək qiymətləndirilib.

Hava sərnişin sənayesi koronavirus pandemiyasının mənfi təsirlərinin ən çox hiss olunduğu sahələrdən birinə çevrilib.

Aeroport, həmçinin böhran prosesini uğurla keçdiyinə, sərnişin və kommersiya daşımalarını ən optimal səviyyədə təmin etdiyinə görə də yüksək qiymətləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO