Ukrayna mətbuatı Füzuli Hava Limanının açılış mərasimindən yazdı

Hazırda oxunan: Ukrayna mətbuatı Füzuli Hava Limanının açılış mərasimindən yazdı

43477

Ukraynanın nüfuzlu informasiya agentlikləri və portalları Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimindən məqalələr dərc ediblər.

Bizim.Media xəbər verir ki, “Ukrinform”, “RBC-Ukrayna” informasiya agentlikləri, Azadlıq radiosunun Ukrayna Redaksiyası, “Lb.ua”, “koresspontent.net”, “unn.ua” və digər portallarında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimindəki iştirakı barədə materiallar verilib.
 

Oxuculara təqdim olunan materiallarda Azərbaycan və Türkiyə prezidentlərinə Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarlarının təqdim olunması barədə məlumatlar yer alır.


Həmçinin vurğulanır ki, Azərbaycan 44 günlük müharibədən sonra 8 ay ərzində Füzuli Beynəlxalq Aeroportunu tikərək təhvil verib.

Məqalələrdə aeroportun göstəriciləri barədə ətraflı məlumat yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO