2022-ci ildə Türkiyənin turizm gəlirləri 30 milyard dolları keçəcək - PROQNOZ

Hazırda oxunan: 2022-ci ildə Türkiyənin turizm gəlirləri 30 milyard dolları keçəcək - PROQNOZ

43455

Türkiyənin turizm gəlirlərinin bu ilin sonuna kimi 22 milyard dollara çatacağı, 2022-ci ildə isə 30,4 milyard dollara yüksələcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunan Prezident Administrasiyasının 2022-ci il üçün Fəaliyyət Planında belə məlumatlar verilib.

Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən 2020-ci ildə beynəlxalq turist axını əvvəlki ilə nisbətən 72,6 faiz azalaraq 402 milyon nəfərə, turizm gəlirləri isə 63,6 faiz azalaraq 533 milyard dollara düşüb.

Bu arada, 2020-ci ildə Türkiyəyə turist axını bir il əvvəlki ilə müqayisədə 69 faiz - 15,9 milyon nəfərə, turizm gəlirləri isə 65,1 faiz azalaraq 12,1 milyard dollara düşüb.

Türkiyə beynəlxalq turizm bazarının 4 faizini, Avropa turizm bazarının isə 6,7 faizini təşkil edib.
Bu ilin yanvar-iyun aylarında Türkiyənin turizm gəlirləri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 33 faiz artaraq 5,5 milyard dollara çatıb.

İlin sonunadək Türkiyəyə xarici turist axınının bir il əvvəlki ilə müqayisədə 82,2 faiz - 23,2 milyon nəfərə, turizm gəlirlərinin isə 82,4 faiz artaraq 22 milyard dollara çatacağı gözlənilir.

2022-ci ildə proqnozlara görə, 30,4 milyard dollar gəlirlə Türkiyəyə 32,3 milyon xarici turist gələcək.

2022-ci ildə bir turistə düşən orta xərcin 800 dollara, orta qalma müddəti 11 gecəyə, bir ziyarətçiyə düşən gəlirin isə gecəlik 72,7 dollara çatacağı proqnozlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO