Ukraynadan Rusiyaya yeni təklif  - “Müqaviləni uzadaq”

Hazırda oxunan: Ukraynadan Rusiyaya yeni təklif  - “Müqaviləni uzadaq”

0:00
0:00
43439

Avropada təbii qaz problemi yaşandığı bir vaxtda Ukrayna Rusiyaya qaz müqaviləsinin müddətinin 10-15 il uzaldılmasını təklif edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Ukrayna QTS Operator” - kampaniyasının rəhbəri Sergey Makoqon xarici mətbuata açıqlamasında bildirib.

Qeyd edək ki, Ukrayna və Rusiya arasında qaz müqaviləsinin müddəti 2024-cü ildə sona çatacaq.

Sergey Makaqonun sözlərinə görə, hələ ki, rəsmi Moskvadan təkliflə bağlı hər hansı cavab gəlməyib.

Ukrayna şirkətinin rəhbəri həmçinin vurğulayıb ki, Ukrayna ərazisindən tranzitin qorunması üçün ABŞ və Almaniya tərəfindən verilən zəmanətlər deklarativ xarakter daşıyır və real mexanizmlərlə dəstəklənmir:

“Biz israrla təklif edirik ki, əgər ABŞ və Almaniya maraqlıdırsa, indi tranzit müqaviləsinin müddətini uzatsınlar”. 
 

Rusiyanı “qazdan silah kimi istifadə etməkdə” günahlandıran Serqey Makaqonun sözlərinə görə, bunu Avropadakı qaz qiymətləri də sübut edir.


Qeyd edək ki, Almaniya və ABŞ-ın “Şimal axını 2”-nin tikintisinə dair iyulda bağladıqları razılaşmanın şərtlərinə görə, Rusiya qazının Ukrayna ərazisindən nəqli yeni qaz kəməri işə salındıqdan sonra da davam etdirilməlidir.  Rəsmi Berlin tranzitin davam etdirilməsinə nəzarət etməyi və bununla da Ukraynanın enerji təhlükəsizliyini təmin etməyi öhdəsinə götürüb.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO