Təbrizlilər hərəkətə keçdi – Küçələrdə "Güney Azərbaycan İran deyil" sözləri yazıldı - FOTO

Hazırda oxunan: Təbrizlilər hərəkətə keçdi – Küçələrdə "Güney Azərbaycan İran deyil" sözləri yazıldı - FOTO

43108

Güney Azərbaycanın milli fəalları oktyabrın 24-də Təbriz şəhəri boyunca genişmiqyaslı qrafiti və divar yazıları ilə təqdirəlayiq aksiya keçirərək, Güney Azərbaycanın fars və İran irqçiliyinin boyunduruğundan müstəqil olmasının vacibliyini vurğulayıblar. 

Bizim.Media "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, Təbrizin ictimai yerlərində və küçələrində ingilis dilində həkk olunmuş qrafiti və divar yazılarında “South Azarbaijan İs NOT İran. Tabriz 2021.10”, "Güney Azərbaycan İran deyil" sözləri yazılıb. 

Qeyd edək ki, bundan əvvəl də sözügedən yazı azərbaycanlı ictimai şəbəkə istifadəçiləri tərəfindən geniş yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO