Taliban maaşı buğda ilə ödəyəcək – PULLARI YOXDUR

Hazırda oxunan: Taliban maaşı buğda ilə ödəyəcək – PULLARI YOXDUR

43085

Taliban ölkədə işçilərin maaşlarını buğda ilə ödəyəcək. 

Bizim.Media xəbər verir ki, bu haqda indormasiyanı “Sputnik Türkiyə” nəşri yayıb.

Mənbə yazır ki, Əfqanıstanda yoxsullara iş imkanı yaratmaq məqsədilə həyata keçiriləcək layihədə çalışacaq işçilərin hər birinə gündə 10 kiloqram, mühəndislərə isə 16,5 kiloqram buğda veriləcək.

Talibanın İnkişaf Agentliyinin sədr müavini Rıyazettin Şerifi Anadolu agentliyinə 40 min adamın çalışacağı layihə haqqında danışaraq Əfqanıstanın çətin iqtisadi dövrlər yaşadığını qeyd edib.

Sözügedən layihənin ilk növbədə Kabildə və ətraflarında, sonra isə 34 əyalətdə həyata keçiriləcəyini ifadə edən Şerifi sözünə belə davam edib:

"Bu layihənin iki məqsədi var. Birincisi, işsizlər üçün iş yerləri açmaq, yoxsul ailələrini işlə təmin etmək. İkincisi, Kabil yayda yeraltı su ehtiyatlarının çatışmazlığından əziyyət çəkir və ya yağış yağanda şəhər küçələrini su basır. Bu səbəbdən paytaxt ətrafındakı dağlarda və təpələrdə çuxurlar qazırıq, sel yollarında kiçik bəndlər qururuq”.
 

Əfqanıstanda dövlət anbarlarında 55 min ton buğda olduğunu vurğulayan Şerifi mövcud buğdanı iş qarşılığında yoxsul insanlara paylamaq üçün bu layihəni hazırladıqlarını deyib.


Layihənin açılışında Taliban administrasiyasının kənd təsərrüfatı nazirinin müavini Əbdürrəhman Rəşid, hökumət sözçüsü Zabihullah Mücahid və Taliban Administrasiyasının İnkişaf Agentliyinin rəhbəri Abdurrahman Ataş da iştirak edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO