Kremldən NATO ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Kremldən NATO ilə bağlı AÇIQLAMA

43010

Kreml əmindir ki, Rusiyanın NATO ilə münasibətlərdən imtina etməsində qəbahət yoxdur. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində bildirib.

“NATO-nun təcavüzkar mövqeyi heç vaxt sirr olmayıb. Bu, ölkəmizə qarşı yaradılan blokdur. NATO-nun bu aqressiv oriyentasiyasının heç bir sülhsevər bəyanatı, heç bir kamuflyajı yoxdur, onlar bu blokun əsl məqsədini gizlədə bilmirlər. Bu, bizi düşmən sayan  aqressiv blokdur”, – Peskov izah edib.

O, qeyd edib ki, Rusiya həmişə münasibətlərin tənzimlənməsinin tərəfdarı olub.

"Yalnız indi bütün səylərimizin boşa çıxdığı məlum olduqda,  fikrimizi rəsmiləşdirdik" deyə Peskov vurğulayıb.

Ötən gün xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib ki, alyans şərq qonşuları ilə soyuq müharibə vəziyyətinə qayıdıb.
 

Oktyabrın 23-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib ki, NATO Rusiyanı hərbi mühasirəyə almaq çağırışları fonunda tədricən qoşunlarını Rusiya sərhədlərinə çəkir.


Onun sözlərinə görə, Avropada təhlükəsizlik yalnız Rusiyanın maraqlarına xələl gətirmədən həyata keçirilə bilər, lakin Şimali Atlantika Alyansı hələ bu mövzuda bərabər dialoqa hazır deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO