Almaniyada azərbaycanlı yaşlı cütlüyə hücum – Başını tramvayın qapısına vurdu və...

Hazırda oxunan: Almaniyada azərbaycanlı yaşlı cütlüyə hücum – Başını tramvayın qapısına vurdu və...

42693

Almaniyanın Drezden şəhərində Azərbaycandan olan yaşlı cütlük hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, yaşlı kişi və həyat yoldaşı nəvələri ilə tramvayda səyahət edərkən 54 yaşlı bir alman onlara yaxınlaşaraq bildirib ki, miqrantlar vətənlərini tərk etməlidir.

Bundan sonra millətçi alman azərbaycanlı çütlüyü döyməyə başlayıb. O, 66 yaşlı qadının başını tramvayın qapısına vurub.

Çoxsaylı yaralar alan qadın xəstəxanaya yerləşdirilib. Drezden şəhər prokurorluğu və polis idarəsi sözügedən hücumla bağlı araşdırma aparır. Drezden prokurorluğunun tələbi ilə hücum edən şəxs müvəqqəti olaraq psixiatrik xəstəxanaya yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO