41 yaşlı Kardaşyanın boyu nə qədərdir? – Erməni qızı haqqında BİLMƏDİKLƏRİNİZ

Hazırda oxunan: 41 yaşlı Kardaşyanın boyu nə qədərdir? – Erməni qızı haqqında BİLMƏDİKLƏRİNİZ

42667

Kim Kardaşyan 2007-ci ildə populyarlaşmağa başlayıb. Səbəb o vaxtkı sevgilisi Ray J (repçi) ilə intim videosunun internetdə yayılması olub. 

Bizim.Media xəbər verir ki, bu gün 41 yaşını qeyd edən erməni pornoulduz, amerikalı biznes ledi haqqında çox adamın bilmədiyi faktlar var.

Populyarlıqdan əlavə intim videonun sayəsində Kardaşyan 5 milyon dollar pul əldə edib.

Çünki “Vivid Entertainment” studiyası porno rolikə müəlliflik hüququ üçün Kardaşyana bu məbləği ödəyib:

1. Kardaşyan ilk dəfə 19 yaşında ailə qurub və musiqi prodüsseri olan Deymon Tomasla evlilik 4 il çəkib. Üstündən 72 gün sonra Kardaşyan Kriss Hamfrisə ərə gedib.

2. Kim Kardaşyan Lindsi Lohan və müğənni Brendinin stilisti işləyib.

3. Təmizliyə diqqətlidir və xadimələrinin olmasına baxmayaraq evi özü də yığışdırır.

4. Kardaşyan Peris Hiltonla rəfiqə olub və onun sayəsində bir az tanınandan sonra Hiltonu itirib-axtarmayıb.

5. Bədənində 6 pirsinq var. Onlar Kardaşyanın göbəyində, sağ qulağında, 4-ü sol qulağındadır.

6. Kardaşyanın cəfəri, bibər, xardal, mavi pendirdən zəhləsi gedir. 

7. Hara getməyindən asılı olmayaraq özü ilə yastıq və ədyal götürür. 

8. Hər səhər barmaqlarını xırtıldadır (qulunc qırır).

9. Kardaşyan üçün stil və şarm (cazibə) ikonası Cennifer Lopesdir.

10. Kardaşyanın boyu 1.57-dir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO