İranın bu bölgəsində azərbaycanlılar susuz qaldı

Hazırda oxunan: İranın bu bölgəsində azərbaycanlılar susuz qaldı

42273

İranda Araz çayının cənubunda yaşayan Azərbaycan əhalisinin içməli və əkinçilik üçün suyu yoxdur.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Mənbə yazır ki, Ərdəbilin Xoruzlu mahalının kəndlərində boru suyunun olmaması və yeraltı suların quruması kəndliləri ciddi çətinliklərlə üzləşdirib.

Xoruzlu mahalı Biləsuvarın bölgələrindən biridir və 120-yə yaxın kəndi əhatə edir ki, onların da hamısı istisnasız olaraq ciddi su və yol problemindən əziyyət çəkirlər. 
 

Xoruzlu mahalı münbit və məhsuldar Muğan bölgəsində yerləşsə də, əkin sahələri yağış və su olmadıqda quruyur və heyvandarlıq da qismən yetərli su təchizatının olmaması üzündən böyük çətinliklərlə üzləşir.


2009 (1388)-cu ildə məsul şəxslər Xoruzlu mahalının kəndlərinə su boruları çəkiləcəyinə söz versələr də, indi, 12 il sonra, su çəkilməsindən heç bir xəbər yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO