Perm məktəbində atəş açan şagirdi direktor zərərsizləşdirib? - DETALLAR - FOTO

Hazırda oxunan: Perm məktəbində atəş açan şagirdi direktor zərərsizləşdirib? - DETALLAR - FOTO

0:00
0:00
42061

Perm diyarının Oktyabrsk rayonunda yerləşən bir məktəbin direktoru hazırda Rusiya mətbuatında trendə çevrilib. Belə ki, o, məktəbdə atəş açan şagirdi inandıraraq silahı ondan alıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “gazeta.ru” saytı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Perm Universitetində atışma: Ölən və yaralananlar var – ANBAAN VİDEO


"Şagird emosional sıxıntı içində olub. Məktəbin direktoru uşağı otağına aparıb və onunla söhbət etdikdən sonra silahı əlindən alıb”. Hüquq-mühafizə orqanlarının mesajında belə deyilir.

Telegram 112 kanalına görə, məktəb direktoru Qalina Zaytçeva polis gələnə qədər yeniyetmənin yanında olub. Atışma zamanı məktəbdə 300-dən çox uşaq və 30 müəllim olub. 

Həmin vaxt binanı hər kəs özbaşına tərk edib.
 

Xatırladaq ki, Perm şəhərinin yaxınlığındakı Sars kəndində  6-cı sinif şagirdi olan 12 yaşlı yeniyetmə Dima Qubayev məktəbdə "Sayqa" ov tüfəngindən ən azı iki dəfə atəş açıb.


Nəticədə heç kəs ölməyib. İlkin məlumatlara görə, hadisə nəticəsində bir uşaq yaralanıb. Qapıya dəyən güllədən sonra şüşə qırığı onun ayağını kəsib.

Sonradan məlum olub ki, şagird silahı atasından alıb. Atəş açarkən "Allahın göstərişləri" ilə hərəkət edib və eyni zamanda bir sinif yoldaşı olan qızla aralarındakı mübahisəni həll etmək istəyib. Uşaq deyib ki, hücumun səbəbi sinif yoldaşlarına və müəllimlərinə qarşı qəzəb və inciklik olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO