Dünyasını dəyişən qadın bu ölkədə parlamentin üzvü seçildi - FOTO

Hazırda oxunan: Dünyasını dəyişən qadın bu ölkədə parlamentin üzvü seçildi - FOTO

41971

Səsvermədən iki ay əvvəl koronavirusdan dünyasını dəyişən bir qadın İraq parlamentinə üzv seçilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb.
 

Mənbə yazır ki, Bağdad sakini Ansam Manuel müstəqil bir namizəd olaraq seçkilərə qatılıb və 2400 səs toplayıb. Baxmayaraq ki, o, yayda COVID-19-a yoluxub və bir aydan çox vaxtını xəstəxanada keçirib. Avqustun sonunda isə dünyasını dəyişib.


"Ölü canlar"ın ortaya çıxması ictimaiyyətin tənqidinə səbəb olub və İraq hakimiyyəti seçkiləri saxtalaşdırmaqda günahlandırılıb. 

Mərhumun ailəsi isə baş verənləri izah etməyə çalışıb. 

Facebook səhifəsində Ansamın qohumları gənc qadının təkbaşına namizədliyini irəli sürdüyünü, uzun müddət xəstəliklə mübarizə apardığını deyiblər:

“Seçkilərdə dostları və tərəfdarları "bu qədər erkən dünyasını dəyişən  gənc qadına xatirə, minnətdarlıq və hörmət əlaməti olaraq" səs veriblər.
 

Ansamın adı texniki səbəblərə görə seçki bülletenlərindən kənarlaşdırılmayıb və seçicilərin bir çoxu namizədin başına gələnləri bilmədən ona səs veriblər”.


Qeyd edilir ki, hüquqi baxımdan, onun parlamentdəki yerini səslərin sayına görə növbəti namizəd tutacaq. 

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO