ABŞ-lı professor: "Uşaqlar bütün ailə üzvlərini koronavirusa yoluxdura bilər "

Hazırda oxunan: ABŞ-lı professor: "Uşaqlar bütün ailə üzvlərini koronavirusa yoluxdura bilər "

41954

“Həqiqətən, pandemiyanın əvvəlində uşaqların ümumiyyətlə yoluxmadığına və ya koronavirusu simptomsuz keçirdiyinə inanırdıq. İndi aydındır ki, delta ştammının ortaya çıxması ilə bu, öz mənasını itirib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri ABŞ-dakı Cedars-Sinai Tibb Mərkəzinin professoru Aleksandr Lyubimov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu uşaqlar koronavirusu ağır keçirir – HƏKİMDƏN AÇIQLAMA


Onun sözlərinə görə, uşaqlar böyüklər ilə eyni dərəcədə COVİD-19-a yoluxurlar:

“ABŞ-dakı "delta"nın əsas infeksiya mənbəyinə çevrildiyi son aylarda uşaq və yeniyetmələrin xəstəxanaya yerləşdirilmə sayı on qat artıb. Bu o deməkdir ki, virus uşaqlarda xəstəxanada müalicə tələb edən xəstəliklərə səbəb olur. Beləliklə, əyani təhsil sisteminə qayıdış infeksiyaların artmasına səbəb olacaq. Eyni zamanda, koronavirusa yoluxma faktı özlüyündə o qədər də qorxunc deyil. Əsas odur ki, ağır xəstələnməyəsən”.

Professor təəssüflə bildirib ki, mövcud peyvəndlər arasında infeksiyanın tamamilə qarşısını ala biləcək bir peyvənd yoxdur:
 

“Bütün antikorlarımız qanda olduğu üçün heç bir peyvəndin koronavirusa sterilizasiya təsiri yoxdur. İnfeksiyanın uğurla öhdəsindən gələ bilmək üçün, virusun nazofarenks vasitəsilə bədən toxumalarına və qan dövranına girməsi lazımdır.


Nazofarenksdə olan az miqdarda antikor tez tükənir. Nəticədə, aşılar bizi infeksiyadan o qədər də qorumur, ancaq xəstəxanaya yerləşdirilmədən və ölümdən qaçmağa kömək edir”.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO