Meksikalı ifaçı: “Əfsanəvi Şuşa şəhərində çıxış etməyi arzulayıram” - FOTO

Hazırda oxunan: Meksikalı ifaçı: “Əfsanəvi Şuşa şəhərində çıxış etməyi arzulayıram” - FOTO

41925

Meksikanın dünyada ən çox tanınmış xoreoqraf və aktrisası, məşhur kastanyet ifaçısı, prima balerina, çoxsaylı ali beynəlxalq mükafatların sahibi, iki dəfə Azərbaycanda konsert proqramı ilə çıxış etmiş Sonia Amelio Müstəqilliyin Bərpasının 30 illiyi və Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik videomüraciəti ünvanlayıb.

Bizim.Media xəbər verir ki, müraciətdə S.Amelio qeyd olunan əlamətdar tarixlərlə və Azərbaycanın əldə etdiyi yüksək nailiyyətlərlə bağlı xalqımıza səmimi təbriklərini çatdırıb.

Daha öncə iki dəfə Bakıda səhnəyə çıxmış məşhur meksikalı sənət ustası həmin konsertlər sayəsində Azərbaycana qarşı duyduğu dərin heyranlıq hissinin daha da artırdığını söyləyib.

Sonda xanım Amelio ölkəmizə olan sevgisini nümayiş etdirmək üçün bir daha Azərbaycana səfər etməyi və möhtəşəm və əfsanəvi Şuşa şəhərində çıxış etməyi ürəkdən arzuladığını deyib.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO