"İranlı qaçaqmalçı" ABŞ-da həbs edildi - Yüzlərlə kiloqram heroini...

Hazırda oxunan: "İranlı qaçaqmalçı" ABŞ-da həbs edildi - Yüzlərlə kiloqram heroini...

41473

Yüzlərlə kiloqram heroini Amerikaya qaçaqmalçılıq yolu ilə gətirməkdə ittiham olunan "iranlı qaçaqmalçı" həbs edilib.

Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, Amerikanın məhkəmə orqanları çərşənbə axşamı iranlı heroin qaçaqmalçısını həbs etdiklərini açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan banklarından pul və qızıl külçələr oğurlayan şəxslər ABŞ-da həbs edildi


Nyu-Yorkun cənub dairəsinin baş prokuroru Damyen Vilyams və Amerikanın Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Ann Milqramın sözlərinə görə, "Malik Xan" kimi tanınan Malik Məhəmməd Bəluçzehin Amerikaya heroin idxal etmək və heroin paylamaq planı hazırladığına görə tutulub. 

Amerikanın Cənubi Nyu-Yorkdakı Prokurorluğundan verilən açıqlamada o, "əsas heroin qaçaqmalçısı" kimi təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin