“TRT World Forum” -da Azərbaycan - Ermənistan münaqişəsi müzakirə edilib

Hazırda oxunan: “TRT World Forum” -da Azərbaycan - Ermənistan münaqişəsi müzakirə edilib

4126

Koronavirus pandemiyası səbəbindən onlayn olaraq təşkil edilən dördüncü TRT Dünya Forumu 2020-də bu gün Azərbaycan və Rusiyadan olan mütəxəssislər və siyasətçilər iştirak ediblər.

Bizim.Media “Anadolu Ajansı”-na istinadən bildirir ki, onlar Dağlıq Qarabağ bölgəsindəki son vəziyyəti və bölgənin inkişafı haqqında müzakirələr aparıblar.

"Döyüş və Sülh: Azərbaycan-Ermənistan Münaqişəsinin Taleyi” adlı dəyirmi masada çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Dağlıq Qarabağ münaqişəsinin 44 gün çəkən və Azərbaycanın haqq qələbəsi ilə nəticələnən müharibənin bitməsi ilə sonlandığını qeyd edib.

"Uzunmüddətli perspektivdə iki tərəfin - Rusiya və Türkiyənin bölgədəki sülhü və təhlükəsizliyi gücləndirməsini gözləyirik." - deyə, qeyd edən Hikmət Hacıyev həmçinin işğaldan azad olunan ərazilərimizdə ermənilərin dağıtdığı infrastrukturların yenidən qurulması üçün “Marşal Planı”-na ehtiyac olduğunu bildirib.O, erməni birləşmələri tərəfindən edilən bu vandallığın şəhərlərimizə olunan soyqırım kimi adlandırıb.

Forumda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Sergey Markedonov və Londonda yerləşən Barışıq Resursları Təşkilatının Qafqaz proqram direktoru Laurene Broers də iştirak edib. 

Xatırladaq ki, “TRT World Forum- 2020”-nin bu gün son sessiyası baş tutub.

Yusibli Səkinə, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO