İran xarici işlər naziri tutuquşu kimi dediklərini təkrarlayır: “İsrailin bu bölgədə...”

Hazırda oxunan: İran xarici işlər naziri tutuquşu kimi dediklərini təkrarlayır: “İsrailin bu bölgədə...”

0:00
0:00
41068

"Biz azərbaycanlılara xatırlatmışıq ki, terrorçuların sərhəd bölgələrimizdə olmasına şərait yaradılmamalıdır. İsrailin bu bölgədə olması regional sülhə töhfə verməyəcək”.

Bizim.Media "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, bu fikirləri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Livanın “Hizbullah” qruplaşmasına bağlı “Əl-Menar” telekanalına müsahibə verərkən səsləndirib.

Onun sözlərinə görə, İranın siyasəti mehriban qonşuluq münasibətlərini qorumaqdır, ancaq İranla qonşu ölkələrin daxili işlərinə xarici müdaxilə hallarının şahidi oluruq.

Əmir Abdullahiyan qeyd edib ki, İran sionistlərin hərəkətlərini tam nəzarətdə saxlayır:

“Onlar bəzi dağıdıcı əməllər törətdilər, amma bizim də reaksiyamız kəskin oldu”.

Qeyd edək ki, 30 il erməni cəlladlarını və terrorçularını bəsləyən, onlara hərtərəfli yardım edən İran, atalar demişkən, “öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır”.
 

Yəni, uzun illər İran xarici siyasət idarəsində nazir müavini işləmiş və indi də xarici işlər postunda oturan Əmir Abdullahiyan sanki ölkəsinin Qarabağ müharibəsində haqqın yox, işğalçı Ermənistanın yanında yer aldığını “unudur”.


Amma onun şəxsində İran hökuməti bilsin ki, Yaxın Şərq bölgəsində, konkret olaraq İraqda Həşd-Şəəbi, Kətaeb-e Hizbullah, Livanda Hizbullah, Fələstinin Qəzza bölgəsində Həmas və İslam Cihadı Təşkilatı, Yəməndə “Husilər”, Suriyada Əfqanıstan gənclərindən ibarət yaratdığı ”Fatimiyyun”, pakistanlı gənclərdən ibarət “Zeynəbiyyun” terror qruplarını yaradaraq bütün regionu qan çanağına boğan məhz İran rejimidir. Azərbaycan xalqı və dövləti ona üzdə dost, qardaş deyən, amma uzun illər arxadan xəncər vuraraq işğalçı ermənilərlə sövdələşmə və işbirliyi edən Tehranın bu xəyanətini heç vaxt unutmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO