Deputat və məmurlar ''gey məclisində'' yaxalandı

Hazırda oxunan: Deputat və məmurlar ''gey məclisində'' yaxalandı

4081

Macarıstanın hakim "Fides” partiyasından olan millət vəkili Jozef Sayer "gey orgiyası” nda iştirak edib.

Bizim.Media BBC-yə istinadla xəbər verir ki, Brüsseldə axşam küçəyə çıxmaq qadağası olduğuna baxmayaraq, geylərin icazəsiz keçirdiyi məclisə polislər basqın edib.

Axtarış zamanı Jozef Sayer və vəzifəli 2 məmur  da daxil olmaqla, ümumilikdə 25 nəfər saxlanılıb. Onların çoxu çılpaq halda olub.

Maraqlısı odur ki, Jozef Sayer hər zaman homoseksualları tənqid etməklə gündəmə gəlib.

Onun üzvü olduğu, Macarıstan Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi "Fides" partiyası ənənəvi ailə dəyərlərinin qorunması və uşaqların eyni cinsli cütlüklər tərəfindən övladlığa götürülməsinə qarşıdır. Sayer 16 il Avropa parlamentinin üzvü kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı isə Macarıstan Konstitusiya Məhkəməsinin hakimidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO