“İrana hakim olmaq üçün hər şeyi edəcəyik” – İsrailli general

“İrana hakim olmaq üçün hər şeyi edəcəyik” – İsrailli general

Hazırda oxunan: “İrana hakim olmaq üçün hər şeyi edəcəyik” – İsrailli general

0:00
0:00
40424

İsrail bütün cəbhələrdə İran təhlükəsinin aradan qaldırılmasına yönələn əməliyyatları davam etdirəcək.

Bizim.Media “Israel Hayom”a istinadən xəbər verir ki, bu fikirləri İsrail Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Aviva Koxavi səsləndirib.

Generalın sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri və İsrail kəşfiyyat orqanları İrana hakim olmaq üçün Yaxın Şərqdə çalışırlar.

"Keyfiyyətli kəşfiyyat sayəsində İsrail Hərbi Hava Qüvvələri Ayətullah rejimi haqqında dəyərli məlumatlara malikdir" deyə o, qeyd edib.

Koxavi eyni zamanda bildirib ki, İsrailin qarşısında "mürəkkəb təhlükəsizlik problemləri" var. 

Generala görə, Hərbi Kəşfiyyat İdarəsi İranla bağlı altı əsas istiqamət üzrə işləməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO