BMT Efiopiyadakı əməkdaşlarını təxliyə edir

BMT Efiopiyadakı əməkdaşlarını təxliyə edir

Hazırda oxunan: BMT Efiopiyadakı əməkdaşlarını təxliyə edir

40142

Birləşmiş Millətlər Təşkilatı Efiopiya hökumətinin ölkədən çıxmaq əmri verdiyi təşkilatın yeddi nümayəndəsinin təxliyəsinə başlayıb.

Bizim.Media xəbər verir ki, bunu BMT baş katibinin sözçülərindən Farhan Haq mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin şəxslərlərin təhlükəsizliyinin təminatı üçün BMT bütün lazımı addımlar atıb. Onların hansı ölkəyə təxliyə olunacağı barədə isə F. Haq heç bir açıqlama verməyib.
 

MÖVZU İLƏ BAĞLI:

BMT Koreyanın raket buraxılışlarını nəzərdən keçirəcək


Xatırladaq ki, Efiopiya hökuməti BMT-nin yeddi şəxsini arzuolunmaz şəxslər siyahısına salıb. Sözügedən şəxslər ölkənin daxili işlərinə qarışmaqda ittiham olunur.

Siyahıya BMT-nin Uşaq Fondunun (UNICEF) nümayəndəsi, İnsan Hüquqları üzrə Ali Komissarlığın (OHCHR) monitorinq qrupunun rəhbəri və Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) əməkdaşları da daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO