Bu ölkədə hər il 20 min insan intihar edir

Hazırda oxunan: Bu ölkədə hər il 20 min insan intihar edir

4013

Nə qədər parodoksal olsa da Yaponiya dünyada intihar edən insanların sayının çox olması ilə tanınır. 

Bizim.Media xarici mənbələrə istinadən xəbər verir ki, gündoğan ölkədə hər il orta hesabla 20 min insan intihar edir.

Hətta Yaponiyada hər il yüzlərcə insanın intihar etdiyi Aokigahara ormanı var, ora daha çox “intihar ormanı” olaraq tanınır. 

Yaponiya Təhsil Nazirliyindən bildiriblər ki, gənc yaşında həyatına son qoyanların sayı günbəgün artır. Təkcə ötən il orta məktəb və liseylərdə oxuyan 250 uşaq intihar edib. Təhsil Nazirliyinin rəsmisi Noriaki Kitazaki bunu qorxunc durum adlandırıb və “bu durumun qarşısının alınması üçün bütün mümkün addımlar atılmalıdır” deyib. Eyni zamanda, intihara çatdırma səbəblərinin öyrənilməsi və qarşısını almaq üçün ciddi şəkildə tədbirlərin görülməsini də vurğulayıb.

Araşdırmalara görə, 250 uşaqdan 33-ü gələcəkləri üçün duyduqları qorxu, 31-i ailə münaqişələri, 10-u isə şiddətə məruz qaldıqları üçün intihar ediblər. Digər 140 uşağı isə intihar səbəbi bilinmir.

BBC xəbər verir ki, Yaponiyada oktyabr ayında intihar edənlərin sayı, bir il içərisində koronavirusdan ölənlərin sayından çoxdur.

Yaponiya polisi isə təkcə oktyabr ayında yaşamına son verənlərin sayının 2 min 153 nəfər olduğunu açıqlayıb. Səhiyyə Nazirliyi isə koronovirus yayıldıqdan noyabrın sonuna qədər bu xəstəlikdən ölənlərin sayının 2 min 87 nəfər olduğunu bildirib. Məlumata görə 2015-ci ildən sonra bu il ən yüksək intihar sayı qeydə alınıb.

Yaponiya çox az sayda ölkələrdən biridir ki, intihar sayını gizlətmir. 
ABŞ isə hər zaman intihar faktlarını açıqlamaqdan çəkinir. Amerika intiharla bağlı ən son məlumatı 2018-ci ildə yayıb.

Ağanisə Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO