Rusiyadan pis xəbər gəldi - Bütün kütləvi tədbirlər ləğv edilir - SƏBƏB

Rusiyadan pis xəbər gəldi - Bütün kütləvi tədbirlər ləğv edilir - SƏBƏB

Hazırda oxunan: Rusiyadan pis xəbər gəldi - Bütün kütləvi tədbirlər ləğv edilir - SƏBƏB

40073

Pandemiya səbəbiylə bütün Rusiyada kütləvi tədbirlər ləğv edilir.

Bizim.Media xəbər verir ki, bunu “Rospotrebnadzor”un rəhbəri Anna Popova deyib.

Popovaya görə, Rusiyada COVID-19 ilə bağlı vəziyyət son dərəcə gərgindir:

“Son 39-cu həftənin məlumatları daha 14% artıb. Yoluxma kifayət qədər sürətlə çoxalır”. Kommersant qəzeti Popovanın dediklərindən sitat gətirib.

Rospotrebnadzor rəhbəri təqaüdçülər arasında yoluxmanın maksimum artdığını qeyd edib:

"Yaşlı insanlar, təəssüf ki, bu gün digər yaşdakı insanlardan daha tez xəstələnirlər".

Daha əvvəl Moskva şəhərinin meri Sergey Sobyanin Rusiyanın paytaxtında koronavirusla bağlı vəziyyətin həyəcanverici olduğunu söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO