Oğlunu 28 il qapalı həyata məhkum edən ana həbs olundu

Hazırda oxunan: Oğlunu 28 il qapalı həyata məhkum edən ana həbs olundu

3973

İsveçrənin paytaxtı Stokholmda polis  oğlunu 28 il  azad yaşamaqdan məhrum edən  70 yaşlı qadını saxlayıb.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, qadın oğlunu ətrafdan tamamilə təcrid etməkdə ittiham olunur. Qeyd edilib ki, o, hazırda 41 yaşında olan  övladını 12 yaşından bəri qapalı həyata məhkum edib.

Cinayətin üstü isə tədsadüf nəticəsində açılıb. Belə ki, 70 yaşlı qadının  xəstəxanada müalicə aldığını öyrənən qohumu  onun evinə gedib və faktı aşkarlayıb.

“Orda qorxmuş adam gördüm. Dişləri yox idi, çətinliklə yeriyirdi və ayaqlarında yaralar var idi. ”-deyə qadın bildirib.

Hadisənin şahidi gördüklərini qorxu filmlərinə bənzədib:

“Mənzil sanki zibilliyə  oxayırdı. Kişi otağın küncündə idi. İşığı yandıran kimi qorxdu”. O, illərdir  şübhələndiyini də etriaf edib. Bildirb ki, qohumunun evində nəsə qaydasında deyildi: “Nəsə yolunda getmədiyini söyləyirdim, buna baxmayaraq heç kim məni dinləmirdi”.

Qeyd edək ki, 41 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya çatdırlıb.  Polis hadisə ilə bağlı araşdırma aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO