Şimali Koreya Şərq dənizi istiqamətinə raket atdı – ABŞ təhlil edir

Hazırda oxunan: Şimali Koreya Şərq dənizi istiqamətinə raket atdı – ABŞ təhlil edir

39060

Cənubi Koreyanın Yonhap xəbər agentliyi Koreya Xalq Demokratik Respublikasının (KXDR) Şərq (Yapon) dənizi istiqamətində hələlik növü bilinməyən raket buraxması barədə xəbər yayıb.

Bizim.Media xəbər verir ki, agentlik Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinad edərək, raketlərin yerli vaxtla saat 6:40-da (Bakı vaxtı ilə 1:40) buraxıldığını bildirib.

Cənubi Koreya və ABŞ-ın kəşfiyyat qurumları KXDR-in buraxdığı raketlə bağlı təhlillər aparır.

Şimali Koreyanın raket buraxılışı KXDR liderinin bacısı Kim Yo-conqun Pxenyanın Seulun təklifi ilə Koreya müharibəsinin rəsmi olaraq başa çatmasını bəyan edə biləcəyini açıqlamasından bir neçə gün sonraya təsadüf edir.

Əgər buraxılan raketin ballistik olduğu təsdiqlənərsə, bu, cari il ərzində 3-cü ballistik raket buraxılışı olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO