Vatikanın uşaq doğan Papası

Hazırda oxunan: Vatikanın uşaq doğan Papası

3893

Papaların tarixi maraqlı hadisələrlə doludur. Siyasətlə məşğul olan, hakimiyyət uğrunda qan tökən və Səlib yürüşlərini başladan Papalardan başqa, Katolik doktrinasına görə qadınlarla münasibət qurmaları qadağan olunsa da, sevgiləri və “bic” uşaqları ilə tarix yazan Papalar da var. Ancaq ən maraqlısı, Vatikanın rüsvayçılığı olaraq görülən və varlığı tarixdən silinməyə çalışan “qadın papa” Joan'dır.

Joan 9 – cu əsrdə İngiltərədən qovularaq Almaniyaya gələn bir ailənin qızı olaraq doğulur. Qohumları ona “Gilberta” və “Jutta” deyirdilər.

O dövrdə qadın olmağın bir çox problemlər yaratdığını düşünən Joan 12 yaşından oğlan paltarları geyinməyə və özünü oğlanlar kimi aparmağa başlayır.

Afinada din və fəlsəfəni öyrəndikdən sonra Joan Romaya gedir və özünü kişi geyimli John Anqlisus adı ilə tanıtdırır və Benediktin monastırına daxil olur.

Romadakı bilikləri ilə qısa müddətdə onun əhatəsi genişlənir. Buna görə, Roma kilsəsinin başçısı olan Papa IV Leonun səhhəti pisləşməyə başladıqda, kardinallar onun papalığa ən layiqli namizəd olduğunu düşünürlər.

847-ci ildə Papa Leon öldükdə, onun yerinə Joan seçilir. Mənbələrdə Papa taxtında iki il, beş ay və dörd gün oturduğu bildirilir.

Təxminən 3 il kilsəyə rəhbərlik edən Papanın vəzifəsi  qadın olmağının ortaya çıxması ilə başa çatır. Xidmətçilərindən biri ilə münasibət qurduqdan sonra Joan hamilə qalır.
Joan hamiləliyini doqquz ay gizlətməyi bacarır, lakin 855-ci ildə Müqəddəs Pyotr Kilsəsinin xaricindəki kortej zamanı doğuş ağrıları başladıqda, uşağını dünyaya gətirir.

Bu hadisədən sonra Papa Joanın başına gələnlər və necə öldüyü barədə müxtəlif versiyalar var. Bəzi müəlliflər qəzəbli izdihamın onu parçaladığını, digərləri atlara bağlandığını və Roma küçələri ilə sürükləndiyini söyləyir. Joanın adı daha sonra Papalar siyahısından da silinir.

Vatikan “qadın papa”- nı unutdurmaq üçün əlindən gələni edirlər, lakin bəzi tarixçilərin bu hadisəni qələmə almalarına mane ola bilmirlər. 

Aliyə İlyas, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO