Rusiya ordusunun generalı erməniyə görə azərbaycanlıları ekstremist adlandırdı

Hazırda oxunan: Rusiya ordusunun generalı erməniyə görə azərbaycanlıları ekstremist adlandırdı

37957

"Rusiya Veteranlar Birliyinə Qarabağda azərbaycanlılar tərəfindən Sovet Marşalı Sergey Xudyakovun (Armenak Artemoviç Xanferyants milliyətcə ermənidir) abidəsinin Xocavənd rayonunun Böyük Tağlar kəndində dağıdılması ilə bağlı həyəcan verici və narahatlıq doğuran məlumatlar daxil olub".

Bizim.Media xəbər verir ki, bu fikirləri Birliyin sədri, Rusiya ordusunun generalı Mixail Moiseyev səsləndirib.

Onun sözlərinə görə, veteranlar Qarabağ ərazisində bütün sovet xalqının Böyük Qələbəsinin xatirəsini dağıdan ekstremistlərin (azərbaycanlıları nəzərdə tutur) hərəkətlərinə etiraz edirlər:

“Bu insanlar ən qəti qınağa və nifrətə layiqdirlər”.

Moiseyev ümid edir ki, Azərbaycan rəhbərliyi və ictimai təşkilatları bu cür təzahürlərə lazımi qiymət verəcək.

Qeyd edək ki, Rusiya-erməni təşkilatının koordinasiya şurası ötən ay bununla bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayıb.

Xatırladaq ki, təkcə Qarabağda erməni terrorçu vandalları 183 ədəd II Dünya Müharibəsinə həsr olunmuş abidəni darmadağın edib.

Bu abidələrin Ağdamda ən böyüyünün xarabələri indi də qalmaqdadır. Cəbrayılda Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun abidə kompleksini yer üzündən silən vandal erməni millətinin fərdləri bilməlidir ki, Baqramyan və Xudyakov (Xanferyants) kimi qondarma quldurlara marşal paltarını faşizmindən də qorxunc olan Stalinin kommunist rejimi geydirə bilərdi. Hər iki marşal deyilən terrorçu olmasını və əlləri Azərbaycan və Anadolu türklərinin qanına batmasını özləri təsdiq ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO