Co Bayden: “Erməni xalqının ağrı-acısını bölüşürəm”

Hazırda oxunan: Co Bayden: “Erməni xalqının ağrı-acısını bölüşürəm”

37948

"Erməni xalqı Qarabağda faciəli insan itkilərinə səbəb olan çətinliklərlə üzləşdi”.

Bizim.Media xəbər verir ki, bu fikirlər ABŞ prezidenti Co Baydenin Ermənistanın müstəqilliyi ilə bağlı göndərdiyi təbrik məktubunda yer alıb.

“Erməni xalqının ağrı-acısını bölüşürəm. Ermənistan hökuməti ilə əl-ələ verərək ATƏT-in Minsk Qrupu və digər regional formatlar çərçivəsində regional sabitliyi qoruyacaq və münaqişəni həll edəcəyik”, deyə Ağ Evin sahibi qeyd edib.

Dövlət başçısının təbrik mesajında həmçinin deyilir ki, "Amerika Birləşmiş Ştatları Azərbaycanda saxlanılan erməni məhbusların azad edilməsi üçün tədbirlər görməyə davam edəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO