Makrondan Qarabağla bağlı yeni açıqlama: “Ermənistana dəstək verəcəm”

Hazırda oxunan: Makrondan Qarabağla bağlı yeni açıqlama: “Ermənistana dəstək verəcəm”

37943

Fransa Prezidenti Emmanuel Makron müstəqillik günü münasibətilə erməni həmkarı Armen Sarkisyanı təbrik edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı erməni mətbuatı yayıb.

Mənbə yazır ki, Makronun mesajında deyilir ki, Fransa bölgədə sülh aktyoru olmaq istəyir və qanlı müharibədən sonra Qarabağda ortaya çıxan çətinliklərin aradan qaldırılmasında Ermənistana dəstək verəcək. 

Fransa lideri həmçinin qeyd edib ki, Paris "ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında Ermənistan və Azərbaycan arasında dialoqun bərpasına kömək etməyə hazırdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO