160-dan çox xanıma təcavüz edən həkim... - Həbs qərarı ilə bağlı şok faktlar - VİDEO

Hazırda oxunan: 160-dan çox xanıma təcavüz edən həkim... - Həbs qərarı ilə bağlı şok faktlar - VİDEO

37612

Amerikalı gimnastlar Simone Biles, M. Maroney, Aly Rasiman və Maqqie Nikols komandadakı həkimləri tərəfindən cinsi zorakılığa məruz qalmaları haqda ifadə verib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumat xarici mediada yer alıb.

Qeyd edilir ki, Federal Təhqiqatlar Bürosu (FTB) cinayət işini araşdırsa da, bunun ortaya çıxmamasına çalışıb. 

Senatın Ədalət komissiyası qarşısında ifadə verən Olimpiya çempionu Simone Biles bəyan edib ki, FTB onun özü daxil olmaqla gimnastika üzrə olimpiya komandasının həkimi Larry Nassarın yüzlərlə qadını zorlamasını görməzdən gəlib. 

Bütün dövrlərin ən yaxşı idmançısı sayılan, 2016-cı ilin olimpiya çempionu və 5 qat dünya çempionu Biles şəxsən özünün cinsi təcavüz qurbanı olduğunu bildirib: “Larry Nassarın cinsi zorakılığına ortaq olan sistemi ittiham edirəm”. 

Özünün milli komandanın həkimi tərəfindən zorlandığını deyən idmançı bildirib ki, təcavüzün uşaqlara zərər verməsinə icazə vermənin sürətli və ağır nəticələri olmalıdır. 

İdmançı Morney isə FTB-nin cinsi təcavüz mövzusunda 17 ay boyunca işləmədiyini deyib. 
 

Məsələnin FTB tərəfindən araşdırılması əsnasında 40-dan çox idmançının təcavüzə məruz qalması açıqlanıb. FTB isə bu işlə məşğul olan əməkdaşların cəzalandırıldığını elan edib. 


Larry Nassar ümumən 160-dan çox xanıma təcavüz edib. Onların arasında gimnastlar, rəqqaslar, atletlər, futbolçular və digər şəxslər var.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO