Notr-Damda təhlükəsizlik işləri BAŞA ÇATDI 

Hazırda oxunan: Notr-Damda təhlükəsizlik işləri BAŞA ÇATDI 

37579

Fransa paytaxtında 2019-cu ilin apreldə baş verən güclü yanğında xeyli zərər çəkən Paris Notr-Dam kilsəsində aparılan sağlamlaşdırma və təhlükəsizlik işləri başa çatdırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin rəsmi qurumları məlumat verib. 

Məşhur məbəd binası tam təhlükəsiz vəziyyətdədir. Eyni zamanda, qarşıdan gələn qış fəslində başlaması nəzərdə tutulan bərpa işlərinə hərtərəfli hazırlıq görülür. 

Kilsənin bərpası, divar və döşəmələrinin təmizlənməsi işlərinə dair yaxın günlərdə tender keçirilməlidir. Kilsənin qülləsinin bərpasına isə 2022-ci ilin payızında başlamaq nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO