Mədəniyyət xadimlərinin Şuşaya səfəri BAŞA ÇATDI

Hazırda oxunan: Mədəniyyət xadimlərinin Şuşaya səfəri BAŞA ÇATDI

37573

Azərbaycanın mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb. 

Bizim.Media xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində bir sıra tanınmış mədəniyyət xadimləri - Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova və digər nümayəndələr Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalında iştirak ediblər. 

Onlar səfər çərçivəsində Bülbülün ev muzeyi, Xan qızı bulağı, Qala divarları, Üzeyir Hacıbəylinin ev muzeyində və Cıdır düzündə olublar. 

Nümayəndə heyəti həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini də ziyarət ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO