“Netflix” Nona Qaprindaşvilinin ittihamlarına CAVAB VERDİ 

Hazırda oxunan: “Netflix” Nona Qaprindaşvilinin ittihamlarına CAVAB VERDİ 

37481

“Netflix” Nona Qaprindaşvilinin ittihamlarına cavab verib.

ABŞ-ın “Netflix” əyləncə şirkəti gürcü şahmatçı, 5 qat dünya çempionu Nona Qaprindaşvilinin ittihamlarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, şirkət beynəlxalq qrossmeysterin ittihamlarını əsassız adlandırıb.

"“Netflix”in xanım Qaprindaşvili və onun şanlı karyerasına son dərəcədə hörməti var. Lakin hesab edirik ki, iddianın heç bir əsası yoxdur və biz məsələni güclü müdafiə edəcəyik”, - şirkətin nümayəndəsi deyib.

Xatırladaq ki, N.Qaprindaşvili “Netflix”ə qarşı məhkəmə iddiası qaldıraraq şirkətdən 5 milyon ABŞ dolları məbləğində təzminat tələb edir. Buna səbəb şirkətin yayımladığı “Kraliçanın gedişi” serialında şahmatçı ilə bağlı yanlış məlumatların təqdim olunmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO