Yaponiyada vulkan PÜSKÜRDÜ 

Hazırda oxunan: Yaponiyada vulkan PÜSKÜRDÜ 

37361

Yaponiyanın cənub-qərbində yerləşən Suvanose adasında vulkan püskürməsi baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. 
Kraterdən 1 kilometr radiusda vulkanik süxurlar qeydə alınıb.  

Adada dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilməyib. Hazırda təxminən 80 nəfərin yaşadığı kənd vulkandan 4 km aralıda yerləşir. 

Suvanose, böyük Kaqoşima şəhərindən 230 km cənub-qərbdə yerləşən kiçik adadır. Sonuncu dəfə burada vulkan 2021-ci ilin iyun ayında püskürüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO