Noyabrın 17-də İraqda terrorçuluqda təqsirli
bilinən 12 məhkum edam edilib. Hadisə barədə məlumat bu gün yayılıb. Edam
olunanların hamısı İraq vətəndaşıdır. Hökumət nümayəndələri ölüm hökmlərinin
detallarını açıqlamaqdan imtina ediblər.
Qeyd edək ki, bu il İraqda 144
edam hökmü icra edilib. Bu isə 2012-ci ildə həyata keçirilən edamlardan 15 fakt
çoxdur.






































































































