Həbsdə olan qardaşı üçün xahişə gəldi, evlilik təklifi aldı – TALENİN OYUNU

Həbsdə olan qardaşı üçün xahişə gəldi, evlilik təklifi aldı – TALENİN OYUNU

Hazırda oxunan: Həbsdə olan qardaşı üçün xahişə gəldi, evlilik təklifi aldı – TALENİN OYUNU

35559

İnanılmaz gözəlliyi ilə seçilən Nino Qeqeçkori hər zaman əks cinsin nümayəndələrinin diqqət mərkəzində olub.

Təsadüfi deyil ki, Ninonun pərəstişkarları arasında Stalinin yaxın silahdaşı, təhlükəsizlik komissarı vəzifəsində çalışan Lavrentiy Beriya var idi. Beriya Ninoya elə ilk baxışdan aşiq olaraq ona evlilik təklifi edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Kişi papağı altındakı Qaçaq Gülsüm – Stalin ona niyə minnətdar olub? 


Onlar Ninonun o vaxtlar həbsxanada yatan qardaşı üçün xahişə gəldiyi zaman tanış olublar.

Ninonun gözəlliyinə heyran olan Beriya tezliklə onunla ünsiyyət qurmağa can atır və beləliklə cütlüyün arasında isti münasibətlər başlayır. O zamanlar qızın 16, Stalinin dostunun isə 23 yaşı olub. Nino özü Beriya ilə ailə qurmaq tələbinin iş yerindən irəli sürüldüyünü söyləyir. Beləliklə cütlük tezliklə ailə qurur. Onların 1924 -cü ildə Serqo adlı oğlanları dünyaya gəlir.
 

Bir müddət sonra ailə Gürcüstandan Moskvaya köçür. Orada Nino Timiryazev Akademiyasında işləməyə başlayır və əri tezliklə Stalinin ən yaxın çevrəsinə daxil olur.


Təsədüfi deyil ki, xüsusi gözəlliyi və davranışları ilə seçilən Nino "Kreml arvadları" tərəfindən həsəd obyektinə çevrilir.

Ancaq tezliklə ailənin qara günləri başlayır. İosif Stalinin ölümündən sonra Beriya tutduğu bütün vəzifələrdən uzaqlaşdırılır və casusluqda ittiham edilərək həbs olunur. Nino və oğlu Serqo da isə əvvəl ev dustaqlığında saxlanılır daha sonra isə həbs edilirlər.
 

Beriya casusluq ittihamına görə güllələndikdən sonra ana və oğul daha bir il yarım həbsdə qalırlar və çıxdıqdan sonra Gürcüstana qayıtmağa çalışlar. Lakin Sovet höküməti buna izin vermir və onlar Rusiyada qalırlar.


Bir müddət sonra Nino xəstələnir və məcburi oğlu ilə Kiyevə köçür. Elə ömrünün qalan hissəsini də o, burada yaşayır. Nino Beriya 90-cı illərdə Ukraynada vəfat edir. Ondan qısa müddət sonra oğlu Serqo da elə orada dünyasını dəyişir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO